Qəbələdə orta məktəbdə yanğın olub

Qəbələdə orta məktəbdə yanğın olub
# 01 fevral 2016 12:33 (UTC +04:00)

Bakı-APA. Bu gün Qəbələ şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 4080 kv.m olan ikimərtəbəli 3 saylı orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 18 kv.m olan sinif otağının döşəməsi 2 kv.m sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, sinif otağının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın saat 13:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR