Nazir Ramin Quluzadə Şamaxıda vətəndaşlarla görüşüb

 Nazir Ramin Quluzadə Şamaxıda vətəndaşlarla görüşüb
# 05 may 2016 12:48 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Mayın 5-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlarla görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qəbulda telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq. Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR