Ötən il Azərbaycanda istehlak bazarı 10%-ə qədər artıb

Ötən il Azərbaycanda istehlak bazarı 10%-ə qədər artıb
# 27 yanvar 2016 13:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2015-ci ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə ölkə bazarlarında satılmış məhsulların həcmi 34,3 mlrd. manat olmaqla 2014-cü illə müqayisədə 9,7% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-dövlət sektorunun ticarət və xidmət fəaliyyəti daha da genişlənib, satılmış məhsulların ümumi həcmi əvvəlki ilin səviyyəsini 10,1% üstələyərək 32,6 mlrd. manata bərabər olub. İstehlak bazarı üzrə real artımın 99,2%- qeyri-dövlət sektorunun fəaliyyəti nəticəsində təmin edilib.

Hesabat ilində hər bir istehlakçı orta hesabla ayda 299,9 manatlıq və ya 2014-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 34,6 manat çox əmtəə alıb və pullu xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR