Rusiya və ABŞ Suriyada atəşkəsə dair razılığa gəlib

Rusiya və ABŞ Suriyada atəşkəsə dair razılığa gəlib
# 22 fevral 2016 17:19 (UTC +04:00)

Bakı-APA. Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək.

Məlumata əsasən, sənəddən İŞİD və “Cəbhət ən-Nüsrə” qruplaşmalarının adları çıxarılıb.

Bundan əvvəl diplomatik mənbə Cenevrədə keçirilən danışıqlarda Suriyada atəşkəs rejimi ilə bağlı razılaşmanın yüksək səviyyədə əldə olunacağını bildirmişdi.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, yaxın saatlarda ABŞ-ın dövlət katibi Con Kerrinin imzalanmış sazişə dair açıqlaması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR