Azərbaycan prezidenti: “Xalq Cümhuriyyəti qurucularının xatirəsi xalqın qəlbində daim yaşayacaq”

Azərbaycan prezidenti: “Xalq Cümhuriyyəti qurucularının xatirəsi xalqın qəlbində daim yaşayacaq”
# 27 may 2016 15:24 (UTC +04:00)

Bakı - APA. "Azərbaycanda müsəlman aləmində ilk demokratik respublikanın yaranması tarixi hadisədir".

APA-nın məlumatına görə, bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, Xalq Cümhuriyyəti qurucularının xatirəsi xalqın qəlbində daim yaşayacaq: "Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan SSRİ-nin tərkibində mürəkkəb yol keçib. Həmin illərdə elm və təhsil sahəsində, neft sənayesində müəyyən irəliləyişlər olub”.

Prezident İlham Əliyev Heydər Əliyev birinci dəfə rəhbərliyə gəldikdən sonra Azərbaycanda gedən inkişaf proseslərindən danışıb, müstəqilliyin ilk illərində ölkədəki çətin vəziyyətdən bəhs edib: “Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətçiliyinin əsası qoyulub, azərbaycançılıq ideologiyası bərqərar olub. 2003-cü ildən bu günə qədər Azərbaycan Heydər Əliyev yolu ilə gedir. Xalqımız bir amal ətrafında birləşib. Azərbaycanın dayanıqlı, uzunmüddətli inkişaf strategiyası təmin edilib”.

Dövlət başçısı 28 May - Respublika günü münasibətilə xalqı təbrik edib, sabitlik və inkişaf arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR