Lənkəran çay emalı fabrikinin direktoru vəfat edib

Lənkəran çay emalı fabrikinin direktoru vəfat edib
# 29 fevral 2016 09:23 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran çay emalı fabrikinin direktoru Rəşid Quliyev vəfat edib.

APA-nın cənub bürosunun xəbərinə görə, 47 yaşlı Rəşad Quliyev ürək tutmasından dünyasını dəyişib.

Lənkəranın Hatonu qəsəbəsində yerləşən çay emalı fabrikinin direktoru vəzifəsində çalışan R. Quliyevin bölgədə çayçılığın inkişafında xidmətlərinin olduğu bildirilir.

R. Quliyev Qafqaz Çay Assosiasiyasının prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elm Mərkəzinin direktoru, professor Fərman Quliyevin oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR