Göygöldə partlayış olub, bir nəfər xəsarət alıb

Göygöldə partlayış olub, bir nəfər xəsarət alıb
# 10 avqust 2016 14:36 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöl rayonun sakini yanıq xəsarətləri alıb. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Qırıqlı kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Elnurə Kərimova hamamda qazla işləyən su qızdırıcısını yandıran zaman partlayış olub.

Nəticədə E. Kərimova sifətin və hər iki yuxarı ətraflın termiki yanığı xəsarətləri alaraq Gəncə şəhər Təcili və təxirəsalınmaz tibbi yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR