Ağstafada və Abşeron rayonunda yanğın olub

Ağstafada və Abşeron rayonunda yanğın olub
# 22 fevral 2016 22:37 (UTC +04:00)

Bakı-APA. Ağstafada və Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu, Qaçaq Kərəm kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Abşeron rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan taxtadan ibarət yardımçı tikilinin dam örtüyü 4 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub .

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR