“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
# 05 sentyabr 2016 08:57 (UTC +04:00)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avro/Dollar məzənnəsi keçən həftə ərzində üfüqi dalğalanaraq 1.11 - 1.12$ aralığında ticarət olunub. Valyuta cütlüyü üzrə qiymətin texniki mənzərəsini təhlil edən InvestAZ analitikləri isə qiymətin bu həftə ərzində 1.13$-a kimi bahalaşa biləcəyini proqnozlaşdırırlar. Eyni zamanda, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da yayımlanacaq Avropanın 2-ci rüb üzrə iqtisadi inkişaf göstəriciləri də avronun qiymətində dəyişikliyə səbəb ola bilər.

GBP

Böyük Britaniya funt sterlinqi son bir ayın ən yüksək səviyyəsinə (1.33$) kimi bahalaşıb. Ölkənin sənaye sektorunda ticarət aktivliyinin avqust ayında yenidən artması funtun bahalaşmasına səbəb olur. Qiymətin texniki təhlillərinə görə bu həftə də qiymət 1.33$-ın üzərində möhkəmlənməyə davam edərsə, əlavə olaraq 1.34$-a kimi də bahalaşa bilər.

TRY

USD/TRY cütlüyünün qiyməti isə keçən həftə bahalaşmaqda çətinlik çəkib. 2.91 TL-dən 2.97 TL-ə kimi bahalaşan Dollar/Lirə cütlüyü daha da bahalaşa bilməsi üçün (3.00 TL-ə kimi) 2.97 TL-nin üzərində möhkəmlənməsi önəmlidir. ABŞ Mərkəzi Bankının (FED) sentyabr ayında verəcək faiz qərarı ətrafında qeyri-müəyyənliklər dolların dünya valyuta birjalarında qiymətinin bir trend istiqamətində dalğalanmasında çətinlik yaradır.

OIL

Eneriji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 51$-a kimi bahalaşdıqdan sonra korreksiyaya başlayaraq avqust ayı ərzində 48$ ətrafında ticarət olunub. Ümumiyyətlə 51$ və 53$ qiymətlərinin önəmli səviyyələr sayıldığı üçün Brentin qiyməti bu səviyyələrin üzərində möhkəmlənməkdə bir müddət çətinlik çəkə bilər. Lakin bu müvəqqəti xarakter daşıyır və qiymətlərin yenidən bahalaşacağı gözlənilir. Hətta qiymətləri 57$ və 60$ səviyyələrində də görə bilərik.

GOLD

Qızılın dünya əmtəə bazarlarında qiyməti isə sentyabr ayının başlaması ilə bahalaşmağa başlayıb. Qiymət 1300$-ın (41$/qram) üzərində möhkəmlənməyə davam etdiyi təqdirdə 1347$-a (43$/qram) kimi bahalaşa bilər. Dünya maliyyə bazarlarında FED-in sentyabr ayında faiz qərarı (21.09.2016) ətrafında qeyri-müəyyənliklər qızıla olan tələbatı artırır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.


“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

_________________________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR