ABŞ səfiri: “Seçkilәrdәn әvvәl dә demişdim ki, biz Azәrbaycan parlamenti ilә әmәkdaşlıq edәcәyik”

ABŞ səfiri: “Seçkilәrdәn әvvәl dә demişdim ki, biz Azәrbaycan parlamenti ilә әmәkdaşlıq edәcәyik”
# 04 noyabr 2015 14:02 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. “Seçkilәrdәn әvvәl dә demişdim ki, biz Azәrbaycan parlamenti ilә, millәt vәkillәri ilә әmәkdaşlıq edәcәyik”.

APA-nın mәlumatına görә, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib. O bildirib ki, ölkәsi dünyanın bütün ölkәlәri ilә münasibətlərində bunu edir: “Burada qeyri-adi heç nә yoxdur. Dövlәt Departamentinin bәyanatında deyilir ki, seçkilәr hakim partiyanın üstünlüyü ilә keçib. Biz hәlә yekun nәticәlәri gözlәyirik. Bununla yanaşı, ATӘT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna müşahidә aparılmasına imkan verilmәmәsindәn tәәssüfləndiyimizi ifadә etmişik vә bütün ATӘT üzvlәri dә bizim bu tәәsüfümüzә tәrәfdar çıxıblar. Bәyanatda da bildirilir ki, biz Azәrbaycan xalqı vә hökumәti ilә güclü, çiçәklәnәn, sabit vә inkişaf edәn Azәrbaycanın qurulmasında әmәkdaşlığımızı, birgә işimizi davam etdirәcәyik. ATӘT İkinci Dünya müharibәsindәn sonra Avropada sülh vә sabitliyi tәmin etmәk mәqsәdilә yaradılmış әn nüfuzlu vә önәmli tәşkilatdır. Bu baxımdan onun nüfuzu şübhәsizdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR