Musiqili Teatr Şamaxıda qastrol səfərində olub

Musiqili Teatr Şamaxıda qastrol səfərində olub
# 23 iyun 2016 11:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrı Şamaxı rayonunda qastrol səfərində olub.

Teatrının mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, səfər zamanı tamaşaçılara Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” iki hissəli musiqili komediya təqdim edilib.

Tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru Fəxrəddin Atayev, xormeysteri əməkdar artist Vaqif Məstanovdur.

Tamaşada rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Gültac Əlili, Elxan İsmayılov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR