İran neft hasilatını dondurmayacaq

İran neft hasilatını dondurmayacaq
# 29 sentyabr 2016 04:25 (UTC +04:00)

Bakı-APA. İran neft hasilatını dondurmayacaq.

APA-nın Reuters agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə Əlcəzairdə OPEC-ə üzv dövlətlərin qeyri-rəsmi görüşünün yekunlarını şərh edən İranın neft naziri Bican Namdar Zənqane bildirib.

Yekun təklifin təşkilatın noyabrda keçiriləcək toplantısında səsləndiriləcəyini deyən Zənqane qeyd edib ki, ölkəsi neft hasilatını dondurmayacaq.

OPEC-in prezidenti Məhəmməd Saleh əs-Sədanın sözlərinə görə, kartelə üzv ölkələrin hər biri üçün fərdi istehsal səviyyəsini təşkilatın nəzdində yaradılacaq xüsusi komissiya müəyyən edəcək.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih isə bildirib ki, İran, Liviya və Nigeriyaya maksimal səviyyədə neft hasil etməyə icazə veriləcək.

Qeyd edək ki, sentyabrın 28-də OPEC ölkələri neft hasilatının dondurulmasına dair razılığa gəliblər. Razılaşma noyabrın 30-da Vyanada OPEC-ə üzv ölkələrin keçiriləcəyi rəsmi toplantıdan sonra qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR