Azərbaycanda rezidentura səviyyəsi üzrə qəbul planına yeni fənn salınıb - YENİLƏNİB

Azərbaycanda rezidentura səviyyəsi üzrə qəbul planına yeni fənn salınıb - <span style="color: red;">YENİLƏNİB
# 08 dekabr 2015 07:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, dekabrdan qüvvəyə minən dəyişikliklər rezidenturaya qəbulla bağlı ixtisaslarla əlaqədardır.

Dəyişikliyə əsasən, baza ali tibb təhsili səviyyəsində “Müalicə işi, pediatriya”, “Stomatologiya”, “Tibbi-biologiya” və “Tibbi-profilaktika” istiqamətləri (fakültələri) üzrə yeni baza fənn “Histologiya” fənni qəbul planına salınacaq. Histologiya orqanizmi təşkil edən toxumaların morfoloji - funksional xüsusiyyətlərini öyrənir. Xüsusi histologiya yaxud mikroskopik anatomiya ayrı-ayrı orqanların mikroskopik quruluşunu öyrənir.

Baza ali tibb təhsili səviyyəsində “Müalicə işi, pediatriya” və “Stomatologiya” istiqamətləri (fakültələri) üzrə baza fənlərdən ikisi “Patoloji anatomiya” və “Patoloji fiziologiya” fənləri isə birləşdirilib və bu istiqamətlər üzrə bir fənn -“Patologiya” fənni qəbul plana salınacaq. Müvafiq olaraq baza ali tibb təhsili səviyyəsində “Tibbi-biologiya” və “Tibbi-profilaktika” istiqamətləri (fakültələri) üzrə “Patoloji fiziologiya” fənni isə “Patologiya” fənni ilə əvəz edilib.

Baza ali tibb təhsili səviyyəsində “Tibbi-biologiya” və “Tibbi-profilaktika” istiqamətləri (fakültələri) üzrə baza fənləri sırasına “İnsan anatomiyası” fənni də əlavə edilib və bu fənn də qəbul planına salınacaq. Baza ali tibb təhsili səviyyəsində “Tibbi-profilaktika” istiqaməti (fakültəsi) üzrə qəbul planına daxil edilən baza fənləri də artırılıb, bu sıraya “Farmakologiya” fənni əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR