Azərbaycan Qazaxıstandan 90 min tona yaxın taxıl idxal edib

Azərbaycan Qazaxıstandan 90 min tona yaxın taxıl idxal edib
# 15 sentyabr 2016 12:39 (UTC +04:00)

Bakı - APA-Economics. Qazaxıstan Azərbaycana 86 min ton taxıl ixrac edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Qazaxıstan taxılı üçün əsas ixrac bazarı hesab edilir. "Son illər Qazaxıstandan Azərbaycana ixrac olunan taxılın həcmi azalmaqdadır. Buna səbəb Azərbaycanda daxili istehsalın həcminin artmasıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR