Qaçqınların yığma komandası Olimpiya oyunlarında çıxış edəcək

Qaçqınların yığma komandası Olimpiya oyunlarında çıxış edəcək
# 29 yanvar 2016 01:50 (UTC +04:00)

Bakı-APA. Rio de Janeyroda 2016-cı ildə keçiriləcək yay Olimpiya oyunlarında qaçqınların yığma komandası çıxış edəcək. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib.

“Beynəlxalq Olimpiya Komitəsi təcrübəli idmançı olan qaçqınları Rio de Janeyroda keçiriləcək yay Olimpiya oyunlarında iştiraka dəvət edib”, - deyə BOK prezidenti Tomas Bax bildirib.

Məlumata görə, BOK büdcəsi 2 mln. dollar olan Qaçqınlara Yardım Fondu təsis edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR