Samuxda şagird məktəbdə yıxılaraq ağır xəsarət alıb

Samuxda şagird məktəbdə yıxılaraq ağır xəsarət alıb
# 19 oktyabr 2015 09:20 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samux rayonunda orta məktəbdə bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Sərxan Məmmədov məktəbin dəhlizində yıxılaraq ağır kəllə-beyin travması alıb. S. Məmmədov dərhal Gəncə şəhərindəki xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR