Gürcüstanda Borçalı aşıqlarının görüşü keçirilib

Gürcüstanda Borçalı aşıqlarının görüşü keçirilib
# 22 mart 2016 15:30 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Azərbaycanlıların kompakt yaşadığı Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) Borçalı aşıqlarının görüşü keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü ilə keçirilən görüşdə Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əflatun Amaşov, Azərbaycan Aşıqlar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi Məhəmmədəli Məşədiyev, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu və digərləri çıxış ediblər.

Tədbirdə müxtəlif fikirlər səsləndirilib. Bunlardan biri də Marneulidə Ozanlar və ya Aşıqlar evinin yaradılması ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR