Astarada mikroavtobus yük maşını ilə toqquşub, iki nəfər ölüb, altı nəfər xəsarət alıb - YENİLƏNİB

Astarada mikroavtobus yük maşını ilə toqquşub, iki nəfər ölüb, altı nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 13 may 2016 09:45 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Ələt-Astara magistralında baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi bəlli olub.

APA-nın cənub bürosunun xəbərinə görə, Əliyev Qabil Adil oğlunun idarə etdiyi “Ford” markalı, 90 MJ - 647 dövlət nömrə nişanlı mikroavtobusla sürücüsü məlum olmayan 90- JF-588 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşınının toqquşması nəticəsində Astara rayonu Ərçivan kənd sakinləri - 1970-ci il təvəllüdlü Yeganə Quliyeva, 1981-ci il təvəllüdlü Ramin Quliyevin öldüyü açıqlanıb.

Qəza zamanı xəsarət alanlar isə Ərçivan kənd sakinləri - 1992-ci il təvəllüdlü Turan Əsədli, 1992-ci il təvəllüdlü Elnarə Quliyeva, Şiyəkaran kənd sakini 1959-cu il təvəllüdlü Nəzmiyyə Əliyeva, Çayoba kənd sakini 1957-ci il təvəllüd Məhərrəm Əliyev, 2003-cü il təvəllüdlü Maral Fərhadova, Qəcimarda kənd sakini Xudaşirin adlı şəxsdir.

Maral Fərhadova və Məhərrəm Əliyevin vəziyyətlərinin ağır olduğu bildirilir.

Yük maşınının sürücüsünün hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

10.26

Astara. Ağəddin Babayev - APA. Ələt Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 10 radələrində Astara rayonunun Çayoba kəndi ərazisində qeydə alınıb.

“Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 2 sərnişin ölüb, 6 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR