Bakı. Türbət Bağırova - APA. Hindistanın Maharaştra ştatında silah-sursat anbarında baş vermiş yanğın və partlayış nəticəsində azı 17 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə "İndia Today" telekanalı məlumat yayıb.
Yerli sakinlər bildiriblər kli, gecə partlayış səsi eşidiblər.
Hazırda insanların yaxınlıqdakı yaşayış məntəqələrindən təxliyyəsi davam etdirilir.