Gəncədə iki avtomobil toqquşub

Gəncədə iki avtomobil toqquşub
# 13 sentyabr 2016 16:57 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə-Samux avtomobil yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncədəki İmamzadə Dini Kompleksinin yaxınlığında Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Elmixan Həsənovun idarə etdiyi “VAZ” markalı avtomobil “KamAZ”la toqquşub. Nəticədə “VAZ"ın sürücüsü müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR