"KredoBank"ın bir neçə filial direktoru işdən çıxarılıb

"KredoBank"ın bir neçə filial direktoru işdən çıxarılıb
# 21 aprel 2016 08:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "KredoBank"ın üç filialının müdiri işdən çıxarılıb.

"APA-Economics" xəbər verir ki, bankın "Nəsimi" filialının direktoru Tofiq Əliyev tutduğu vəzifə ilə vidalaşıb. Onu Rəşad Manafov əvəzləyib.

Bundan başqa, "Mərkəz" filialının direktoru Elmir Ələkbərov da işdən çıxarılıb. Onun yerinə Fidan Yusifzadə təyin olunub.

"Xətai" filialının direktoru Təranə Məmmədova da vəzifəsi ilə vidalaşanlardandır. Bu vəzifəni müvəqqəti olaraq Sevda Əzimova icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR