Elçin Quliyev Misirin Sərhəd Qoşunlarının komandanını qəbul edib

Elçin Quliyev Misirin Sərhəd Qoşunlarının komandanını qəbul edib
# 30 mart 2016 07:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Misir Ərəb Respublikasının Müdafiə Nazirliyinin Sərhəd Qoşunlarının komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan və Misir Ərəb Respublikası arasında dostluq münasibətləri məmnunluq hissi ilə qeyd olun­ub, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspek­tivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsinin, təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb. Azərbaycanın dövlət sərhədin­dəki əməliyyat şəraiti və möv­cud təhdidlərdən danışan E. Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu qeyd edib, həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Misir nümayəndələrinə ətraflı məlumat verib.

Səfər müddətində nümayəndə heyətinin Dövlət Sərhəd Xidmətinin struktur bölmələrində olması, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyində qəbul edilməsi, eləcə də Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələrinin fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR