Türkiyədə yol-nəqliyyat hadisəsi törədən nazir qardaşı bıçaqlanıb

Türkiyədə yol-nəqliyyat hadisəsi törədən nazir qardaşı bıçaqlanıb
# 10 mart 2016 13:32 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Türkiyənin ətraf mühit və şəhərsalma naziri Güldəmət Sarının qardaşı, 31 yaşlı Fateh Sarı yol-nəqliyyat hadisəsi zamanı bıçaqlanıb.

APA-nın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, nazirin qardaşına 58 yaşlı Abidin A. Bıçaq xəsarəti yetirilib. Sağ qarın boşluğundan tək bıçaq zərbəsi alan F. Sarı əməliyyat olunub, şübhəli şəxs isə saxlanılıb.

Hadisəyə iki şəxsin idarə etdiyi avtomobillərin bir-birinə dəyməsinin səbəb olduğu bildirilir. Bundan sonra iki sürücü də avtomobildən düşərək, mübahisə edib. Nəticədə Abidin A. Nazirin qardaşını bıçaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR