MTRŞ-in ANS-ə qarşı iddiası üzrə məhkəmədə ekspertiza təyin edilib

MTRŞ-in ANS-ə qarşı iddiası üzrə məhkəmədə ekspertiza təyin edilib
# 21 sentyabr 2016 14:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə ekspertiza təyin edilib.

Ekspertizanın təyin edilməsi ilə əlaqədar məhkəmə baxışı təxirə salınıb.

Qeyd edək ki, MTRŞ “ANS Müstəqil Yayım və Media Şirkəti”ni məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR