Tramp Seçki Qərargahının üzvlərinə Klintonun sağlıq durumu barədə danışmağı qadağan edib

Tramp Seçki Qərargahının üzvlərinə Klintonun sağlıq durumu barədə danışmağı qadağan edib
# 12 sentyabr 2016 10:24 (UTC +04:00)

Bakı - APA. Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Tramp Seçki Qərargahının üzvlərinə demokratların prezidentliyə namizədi Hillari Klintonun sağlıq durumunun pisləşməsi ilə bağlı hər hansı neqativ məzmunlu bəyanat vermələrini qadağan edib.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, D. Trampın köməkçiləri baş verən hadisəyə hörmətlə yanaşacaqlarına söz veriblər.

İndiyə qədər dəfələrlə H. Klintonun prezident olmasına fiziki imkanlarının yetərli olmadığını bəyan etmiş D. Tramp son hadisəyə sosial şəbəkədə belə münasibət bildirməyib.

Qeyd edək ki, ötən gün H. Klintonun Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının anım mərasimində halı pisləşib və o, rəsmi mərasimi yarımçıq tərk edib. Həkimlər ABŞ prezidentliyinə namizədə ağ ciyər pnevmoniyası diaqnozu qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR