Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır

Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır
# 05 sentyabr 2016 14:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah saat 09:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin "Abşeron" magistral qaz kəmərləri sahəsinin "Alatava", "Hacıqabul" magistral qaz kəmərləri sahəsinin "Qarasu" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, təmir müddətində Hacıqabul rayonunun Talış, Qarasu və Abdulabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Nəsimi, Binəqədi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR