Rumıniyada hökumət əleyhinə nümayişlər keçirilir - VİDEO

Rumıniyada hökumət əleyhinə nümayişlər keçirilir - <span style="color: red;">VİDEO
# 07 noyabr 2015 23:26 (UTC +04:00)

Bakı-APA. Rumıniyada hökumət əleyhinə gecə nümayişləri davam edir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 8-ə keçən gecə paytaxt Buxarestin küçələrinə 3 mindən çox insan çıxıb.

Nümayiş ölkə telekanalları ilə canlı yayımlanır. Etirazçılar parlamentin buraxılmasını, vaxtından əvvəl seçkilərin keçirilməsini, pensiya və əmək haqlarının artırılmasını, korrupsiyaya qarşı mübarizə aparmağı tələb edirlər.

Etiraz aksiyaları Rumıniyanın digər şəhərlərində də keçirilir. Buxarestdə nümayişlər noyabrın 3-dən davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR