Keçmiş əməkdaşın DİN-ə qarşı iddiası təmin olunub

Keçmiş əməkdaşın DİN-ə qarşı iddiası təmin olunub
# 06 iyul 2016 09:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

APA-nın məlumatına görə, prosesdə tərəflər dinlənilib, apellyasiya şikayətinin dəlilləri müəyyən edilib. Proses iyulun 12-də davam edəcək.

Qeyd edək ki, Kərimov Mürsəl Adıgözəl oğlu fasiləsiz xidmət illərinə görə, haqqın ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı qismən təmin edib. Həmin qərarla razılaşmayan nazirlik isə apellyasiya şikayəti verərək qərarın ləğvini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR