Bakının daha bir küçəsində təmir başa çatıb

Bakının daha bir küçəsində təmir başa çatıb
# 14 aprel 2016 08:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Xətai rayonu İlqar Zülfüqarov küçəsində həyata keçirilən təmir işləri sona çatıb.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, küçənin uzunluğu 1 kilometr, eni isə 7 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə səki daşları sökülərək əvəzinə 2 min p/m yeni səki daşları düzülüb. Köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Daha sonra 2 qat olmaqla təqribən 7 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bundan başqa mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanıb.

Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR