"AccessBank" pulsuz internet-bankinq xidmətini təklif edir

"AccessBank" pulsuz internet-bankinq xidmətini təklif edir
# 22 fevral 2016 08:12 (UTC +04:00)

Bakı - APA-Economics. "AccessBank" fiziki şəxslər və fərdi sahibkarlar üçün "myAccess" internet-bankinq xidmətindən ilk 3 ay ərzində pulsuz istifadə imkanını yaradır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "myAccess" müasir tələblərə cavab verən innovativ internet-bankinq sistemidir. Ötən ilin oktyabr ayında istifadəyə verilən bu xidmət qısa müddət ərzində müştərilərin böyük marağına səbəb olub. Sistemin rahatlığı və funksionallığı, həmçinin hesabları idarə etmək üçün yaratdığı geniş imkanlar korporativ müştərilər tərəfindən də yüksək qiymətləndirilir. Sistem istifadəçilərinin sayı gündən-günə çoxalır - yalnız son iki ay ərzində xidmətə qoşulan müştərilərin sayı iki dəfə artıb.

"myAccess" təhlükəsizliyi yüksək səviyyədə təmin edir. Belə ki, "High-Tech Bridge" və "Qualys" şirkətləri, eləcə də "Böyük dördlüyə" daxil olan və dünyanın ən böyük auditor-məsləhətçilik şirkətlərindən biri "PwC" tərəfindən aparılan tədqiqatlar əsasında "myAccess" Azərbaycanda ən təhlükəsiz internet-bankinq sistemlərindən biri kimi tanınıb.

İstifadəçilərin rahatlığı üçün bankın saytında video-təlimatlar yerləşdirilib. Həmin təlimatlar sayəsində müştərilər sistemin imkanları ilə tanış olaraq ətraflı məlumat əldə edə bilərlər.

"AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, "KfW", "LFS Financial Systems GmbH" adlı Almaniyanın konsaltinq şirkəti və "AccessHoldinq" tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan "AccessBank" geniş çeşidli bank xidmətləri təqdim edir. Ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan bankda 1800 yaxın əməkdaş çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR