Güclü sel nəticəsində Qusarda yol bağlanıb

Güclü sel nəticəsində Qusarda yol bağlanıb
# 20 may 2016 08:48 (UTC +04:00)


Qusar. Vəli Turan – APA. Qusar rayonuna ötən gün axşam saatlarından yağmağa başlayan güclü yağış fəsadlar törədib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yaranan selticəsində Kuzun kəndini rayon mərkəzi ilə birləşdirən yol bağlanıb.

Qusar rayon İcra Hakimiyyətindən bildirilib ki, yolun açılması üçün əraziyə texnika göndərilib. Quba Regional Hidrometrologiya İdarəsindən verilən məlumata görə, şimal bölgəsindən keçən çaylarda suyun səviyyəsi 2-8 santimetr artıb.

Qeyri-sabit hava şəraitinin mayın 22-nə kimi davam edəcəyi proqnozlaşdırılır.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR