Ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan daha bir sürücü tutulub

Ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan daha bir sürücü tutulub
# 30 may 2016 11:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan daha bir sürücü saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayon 2-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də Bakı şəhər sakini Rasim Xəlilovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “VAZ-2101” markalı avtomobilin sürücüsü - paytaxt sakini, əvvəllər məhkum olunmuş Mirzəağa Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR