Fransa ayda əlavə 400 miqrant qəbul edəcək

Fransa ayda əlavə 400 miqrant qəbul edəcək
# 02 iyun 2016 23:40 (UTC +04:00)

Bakı-APA. Fransa Aİ-nin 23 üzv ölkəsi arasında qaçqınların yerləşdirilməsinə dair saziş çərçivəsində Yunanıstandan Avropa ərazisinə daxil olmuş miqrantlardan hər ay, əlavə olaraq, 400 nəfəri qəbul edəcək.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bunu Fransa XİN rəhbəri Bernar Kaznev deyib.

O həmçinin həftə ərzində Yunanıstan və İtaliyadan Fransaya artıq 97 qaçqının gəldiyini qeyd edərək, iyunun 9-dan etibarən ölkəyə daha 253 nəfərin gələcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR