Bakı – APA. Hacıqabulda biçilməmiş taxıl sahəsi yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayonu, Navahı kəndində vətəndaşa məxsus ərazidə 1 ha biçilməmiş taxıl sahəsi və yaxınlıqda 500 kv.m sahədə kol-kos yanıb.
Biçilməmiş taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.