Avropa İttifaqının təsisçi ölkələri Britaniya referendumunu müzakirə edəcəklər

Avropa İttifaqının təsisçi ölkələri Britaniya referendumunu müzakirə edəcəklər
# 24 iyun 2016 12:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa İttifaqının əsasını qoyan 6 ölkənin xarici işlər nazirləri iyunun 25-də Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumun nəticələrini müzakirə edəcəklər.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Almaniya, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq xarici işlər nazirləri Berlində, Almaniya XİN-in iqamətgahı Borziq villasında toplanacaqlar.

Xatırladaq ki, Böyük Britaniyada keçirilən referendumun nəticələrinə əsasən seçicilərin 52 faiz seçici Birləşmiş Krallığın Aİ-də fəaliyyətinin dayandırılmasının lehinə səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR