Manat əsas ticarət tərəfdaşlarımızın valyutasına nisbətən bahalaşıb

Manat əsas ticarət tərəfdaşlarımızın valyutasına nisbətən bahalaşıb
# 05 iyul 2016 07:25 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyul ayının 4-ü ilə müqayisədə sabit qalaraq 1,5425 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,01% zəifləyərək 1,7160 manat olub.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,41% azalaraq 0,0241 manat olub.

Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,43% zəifləyərək 0,5301 manata çatıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0433 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 0,27%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6620 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR