Sabah Azərbaycanın bəzi rayonlarında qazın verilişində məhdudiyyətlər olacaq

Sabah Azərbaycanın bəzi rayonlarında qazın verilişində məhdudiyyətlər olacaq
# 20 oktyabr 2015 15:26 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Oktyabrın 21-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Böyük-Şor”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Sığırlı” və “Rəncbər”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Yaşma” və “Giləzi”, Qazax magistral qaz kəmərləri sahəsinin ”Yuxarı Salahlı” və “Qazax”, eləcə də Astara magistral qaz kəmərləri sahəsinin “Lənkəran” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.


SOCAR-dan ”APA-Economics”ə verilən xəbərə görə, təmir müddətində Hacıqabul rayonunun Rəncbər, Navahi və Qubalı, Kürdəmir rayonunun Sığırlı, Qazax rayonunun Aslanbəyli və Yuxarı Salahlı, Siyəzən və Xızı rayonlarının ''Giləzi'', “Yeni Yaşma”, “Şurabad”, “Beşdam”, “Sitalçay”, “Zarat”, Cahandar”, “Qara Siyəzən” kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhərinin Sabunçu rayonunun və Qazax şəhərin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR