Vidadi Zeynalovun həbs müddəti uzadılıb

Vidadi Zeynalovun həbs müddəti uzadılıb
# 26 yanvar 2016 09:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalovun həbs müddəti uzadılıb.

Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Muğan Əliyev məlumat verib. Onun sözlərinə görə, məhkəmənin qərarı ilə V. Zeynalovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti fevralın 21-dək uzadılıb.

Qeyd edək ki, V. Zeynalov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aşkarlanan qanun pozuntuları ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR