AŞPA prezidenti: “Dondurulmuş münaqişələr”in həll yolunu tapmaq hamımızın öhdəliyidir”

AŞPA prezidenti: “Dondurulmuş münaqişələr”in həll yolunu tapmaq hamımızın öhdəliyidir”
# 08 aprel 2016 08:35 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Üzv dövlətlər arasında münaqişələr ciddi narahatlıq doğurur və avropalılar olaraq bu münaqişələrin həllini tapmaq bizim öhdəliyimizdir”.

APA-nın xəbərinə görə, bunu AŞPA prezidenti Pedro Aqramunt deyib.

“Dondurulmuş münaqişələr” mövzusuna toxunan P. Aqramunt parlament diplomatiyasının bu məsələdə rol oynaya biləcəyi vurğulayıb.

“Parlamentarilər arasında dialoq bizim əlimizdəki əsas vasitədir və beynəlxalq hüquq bunun üçün müvafiq hüquqi çərçivə təmin edir. Biz beynəlxalq hüquq çərçivəsində münaqişələrin sülh yolu ilə həlli səylərini dəstəkləməliyik”, - deyə R. Aqramunt qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR