“Bakcell” tarifi sabit saxlamaqla internet həcmini ikiqat artırır

“Bakcell” tarifi sabit saxlamaqla internet həcmini ikiqat artırır
# 22 avqust 2016 09:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti müxtəlif müştəri qruplarının ehtiyaclarına uyğun olaraq geniş çeşidli internet paketlərini-gündəlik 25MB cəmi 0,10 manatdan başlayan, həmçinin müxtəlif trafik həcmli və limitsiz paketlərini təklif edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, abunəçiləri daha rahat təcrübə ilə təmin etmək məqsədilə “Bakcell” şirkəti smartfonlar üçün təklif etdiyi internet paketlər çeşidini daha sərfəli edib. Belə ki, şirkət paketlərin qiymətini artırmadan, müştərilərə eyni qiymətə ikiqat həcmə qədər internet təqdim edir. Bundan əlavə, limitsiz paketlərin yenilənməsi zamanı nəinki təqdim olunan MB kvotası, hətta müştəri təcrübəsi səviyyəsi belə mühüm dərəcə artırılıb: “Adətən limitsiz internet paketlərin təyin edilmiş meqabayt kvotası başa çatanda internet sürəti da aşağı düşür. İndi isə limitsiz internet paketlərin təyin edilmiş meqabayt kvotası başa çatdıqda “Bakcell”in avtomatik “Yüksək sürət” xidməti sayəsində abunəçilər hər 100 MB üçün sadəcə 0,89 manat ödəməklə aylıq limitsiz paketin növbəti yenilənməsinə qədər internetdən yüksək sürətlə istifadə etmək imkanına malikdirlər”.

“Bakcell ölkənin aparıcı mobil internet provayderidir. Biz daimi olaraq internet keyfiyyətini artırır, yeni məhsullar yaradır və qiymət planlarına daha çox dəyər qatır, müştərilərin ehtiyac və gözləntilərini ən yüksək səviyyədə qarşılamağa çalışırıq. İnternet tariflərinin ətraflı təhlili bizim üçün abunəçilərimizi sevindirməyə daha böyük imkanlar yaradır. Abunəçilərimiz daha az ödəməklə daha çox internet əldə etməyə layiqdirlər”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

Qeyd edək ki, “Bakcell” şirkəti “carrier aggregation” (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasından istifadə edərək dünya üzrə Kateqoriya 6 “LTE-Advanced” xidmətlərini göstərən 73 şəbəkədən biridir. Hazırda, yenilənmiş “Bakcell” şəbəkəsi daha yüksək internet sürətini (225 mbit/s) dəstəkləməyə tam şəkildə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR