Respublikanın hərbi rəhbərliyi şəhid pilotlar və polkovnik-leytenant Murad Mirzəyevlə vida mərasimində iştirak edir

Respublikanın hərbi rəhbərliyi şəhid pilotlar və polkovnik-leytenant Murad Mirzəyevlə vida mərasimində iştirak edir
# 11 aprel 2016 10:02 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov, hərbi prokuror Xanlar Vəliyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev şəhid pilotlar Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində işrirak edirlər.

APA-nın məlumatına görə, şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri vida mərasimi keçirilən Təlim Tədris Mərkəzinə toplaşırlar.

Vida mərasimindən sonra şəhidlər II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR