Bakıda 3 otaqlı mənzildə yanğın olub

Bakıda 3 otaqlı mənzildə yanğın olub
# 15 avqust 2016 19:59 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96m² olan 3 otaqlı mənzilin mətbəxində paltaryuyan maşın və mətbəx mebeli 1 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR