Dövlət Xidməti: İnternetin sürəti ilə bağlı bir sıra şikayətlər daxil olub

Dövlət Xidməti: İnternetin sürəti ilə bağlı bir sıra şikayətlər daxil olub
# 15 mart 2016 09:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "İnternetin sürəti vəd ediləndən aşağı olması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinə bir sıra şikayətlər daxil olub".


"APA-Economics" xəbər verir ki, bunu Dövlət Xidmətinin sədr müavini Araz Əliyev bildirib.

A. Əliyevin sözlərinə görə, quruma daxil olan müraciətlər araşdırılır: "Araşdırma nəticəsində məlum olub ki, internetin sürətinin aşağı düşməsi bir sıra hallarda təsdiq olunub. Verilən internetin sürəti uyğundur, amma abonentə çatan sürət kifayət deyil. Şikayətlərin böyük hissəsi ya xətlərin nasaz olması, ya cihazlarda siqnalla bağlı uyğunsuzluğun olması, yaxud da mənzillərin özündə problemin olması ilə bağlı olub. Provayderlər və rabitə xidmətləri təqdim edən şirkətlər tərəfindən bu məsələ araşdırılıb və tədbir görülüb. Müraciət edənlər bu barədə razılıqlarını bildiriblər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR