MDB PA-nın müşahidəçisi: “Səfirlikdə səsvermə üçün hər cür şərait yaradılıb”

MDB PA-nın müşahidəçisi: “Səfirlikdə səsvermə üçün hər cür şərait yaradılıb”
# 26 sentyabr 2016 11:14 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Yerli vaxtla saat 11:30-a olan məlumata əsasən Azərbaycanın Rusiyadakı səfirliyində yaradılmış seçki məntəqəsində 300-ə yaxın vətəndaş səs verib.


APA-nın Moskva müxbirinin məlumatına görə, seçki prosesini müşahidə edən MDB Parlamentlərarası Assambleyasının müşahidəçisi Sergey Karavayev bildirib ki, məntəqədə səsvermə üçün hər cür şərait yaradılıb: “Seçici siyahılarında olan Azərbaycan vətəndaşları məntəqəyə gələrək referendumda təqdim olunan məsələlərlə bağlı öz fikirlərini sərbəst ifadə edə bilirlər. Seçki qaydalarına tam riayət olunur. Rusiyada iş günü olmasına baxmayaraq, məntəqədə seçici fəallığı müşahidə edilir”.

Yerli vaxtla saat 10:00-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səs verib.

Səsverməyə gələnlər arasında gənclər çoxluq təşkil edir. Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR), Ümumrusiya Azərbaycan Konqresinin üzvləri Rusiyanın bir çox regionlarından səsvermədə iştirak etmək üçün Moskvaya gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR