BMT tərəfindən Suriyada humanitar karvana hücumla bağlı komissiya yaradılıb

BMT tərəfindən Suriyada humanitar karvana hücumla bağlı komissiya yaradılıb
# 30 sentyabr 2016 20:14 (UTC +04:00)

Bakı-APA. BMT tərəfindən Suriyada humanitar karvana hücumla bağlı araşdırıcı komissiya yaradılıb.

APA-nın məlumatına görə, bu barədə BMT-nın mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, müvafiq sənədi baş katib Pan Qi Mun imzalayıb.

BMT-yə məxsus 31 yük maşınından ibarət humanitar karvan sentyabrın 20-ə keçən gecə Hələb şəhəri yaxınlığında atəşə tutulub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına əsasən, hadisə nəticəsində 18 yük maşını məhv edilib, 20-dən çox dinc sakin ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR