Bakıda məktəbli qız özünü asıb

Bakıda məktəbli qız özünü asıb
# 07 oktyabr 2016 09:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir intihar hadisəsi baş verib.

Binəqədi rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Xocahəsən qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yaşayan, 2001-ci il təvəllüdlü Aygün Qubad qızı Qəniyeva yaşadığı evin pəncərəsindən özünü asaraq öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, A. Qəniyeva 6 saylı Laçın şəhər orta məktəbinin 9-cu sinfində oxuyurmuş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR