Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub

Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub
# 09 sentyabr 2016 10:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elşad Həsənlinin məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il oktyabrın 12-də Xarici Dairəvi küçəsində Bakı şəhər sakini Azər İsayevə bıçaq xəsarəti yetirilib.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Samux rayon sakini, 1992-ci il təvəllüdlü Elşad Həsənli tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR