Məleykə Abbaszadə: "Ola bilsin, gələcəkdə TQDK da ləğv olunsun, ya da hansısa strukturun tabeliyinə verilsin”

Məleykə Abbaszadə: "Ola bilsin, gələcəkdə TQDK da ləğv olunsun, ya da hansısa strukturun tabeliyinə verilsin”
# 29 yanvar 2016 12:48 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev - APA. “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyinin birləşməsi Azərbaycan prezidentinin səlahiyyətlərinə aid olan məsələdir”.

APA-nın cənub bürosunun məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

O, ölkədə struktur islahatlarının aparılmasına diqqət çəkib: " Müəyyən qurumlar birləşə, bəziləri ləğv oluna bilər. Ola bilsin ki, gələcəkdə TQDK da ləğv olunsun, ya da hansısa strukturun tabeliyinə verilsin. Dediyim kimi, bu, yalnız dövlət başçısının səlahiyyətində olan məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR