Müşavir: “Vergi sahəsində nəzərdə tutulan islahatlar gələn ilin əvvəlinədək icra olunacaq”

Müşavir: “Vergi sahəsində nəzərdə tutulan islahatlar gələn ilin əvvəlinədək icra olunacaq”
# 26 sentyabr 2016 10:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında nəzərdə tutulan tədbirlər gələn ilin əvvəlinədək icra olunacaq.


"APA-Economics"in məlumatına görə, bunu vergilər nazirinin müşaviri Elçin Məmmədov deyib. Onun sözlərinə görə, hazırda vergi sahəsində genişmiqyaslı islahatlar gedir: "Sərəncamda nəzərdə tutulan tədbirlərin icrası vergi ödəyicilərinə göstərilən xidmətlərin daha da yüksək səviyyəyə qalxmasına gətirib çıxaracaq. Bu, sahibkarlığın inkişafına yönələn sərəncamdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR