Qəbələ sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Qəbələ sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
# 18 iyul 2016 10:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qəbələ rayonunun Nic qəsəbəsində qəsəbə sakini Eldar İslamov ot biçərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR